Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi region
17.11.2025 [16:46]
Xəbərin mətni
Azərbaycan - Mərkəzi Asiya əməkdaşlığı daha da güclənir və genişlənir. Əlaqələrimizin yüksələn xətlə inkişafı regionda yeni siyasi və iqtisadi reallıqların formalaşmasına gətirib çıxarır. Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı və rəsmi Bakının bu formatın tamhüquqlu üzvü statusunu qazanması ilə qarşılıqlı təmaslarımız yeni müstəviyə keçid etdi.