Azərbaycan Dövlət İnformasiya Agentliyi

DTX türk dövlətlərinin təhlükəsizlik orqanlarının Xankəndidəki iclasından video paylaşıb

18.11.2025 [13:17]

Xəbərin mətni

Məlum olduğu kimi, 2025-ci il noyabrın 14-də Xankəndi şəhərində “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) öz rəsmi sosial şəbəkə hesablarında tədbirlə bağlı video paylaşıb.