Novruz Aslanov: Azərbaycan TDT-nin əsas geosiyasi və iqtisadi dayaqlarından birinə çevrilib
19.11.2025 [15:52]
Xəbərin mətni
Türk Dövlətləri Təşkilatı (TDT) humanitar strategiyasını müəyyənləşdirərək, beynəlxalq həmrəyliyin yeni mərhələsinin əsasını qoyur. Bu il bizim üçün xüsusilə önəmlidir, çünki Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının 105 illiyidir. Bu qurum yüzilliyi aşan fəaliyyəti ərzində minlərlə insana ümid, dayaq və mərhəmət gətirib. Həmçinin ölkəmizin ən etibarlı humanitar qurumlarından birinə çevrilib. Bunu TDT-yə üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov deyib.