Kiberpolis 200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirən şəxsi saxlayıb
19.11.2025 [17:01]
Xəbərin mətni
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə kibertəhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə “sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi” adı altında insanların pulunu ələ keçirən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmirahlı saxlanılıb.