Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çindən avtomobil idxalı ilə bağlı yeni qaydalar - ölkəmizdə qiymət dəyişəcəkmi?

19.11.2025 [18:01]

Xəbərin mətni

Dünyanın ən böyük elektrik və plagin hibrib avtomobil istehsalçısı olan Çin bu növ nəqliyyat vasitələrinin ixracını 2026-cı il yanvarın 1-dən etibarən sərtləşdirir. Əgər hazırda Çin şikətlərinin daxili bazar üçün istehsal etdikləri avtomobillər diler mağazalarda Çin vətəndaşının adına rəsmiləşdirildikdən sonra “sıfır kilometr ikinci əl” avtomobil kimi xaricə satışı mümkündürsə, yeni ildən bu cür ixrac qadağan olunacaq.