Səfir: Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə edilmiş irəliləyişi yüksək qiymətləndiririk
20.11.2025 [21:24]
Xəbərin mətni
Regional kontekstdə biz Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə edilmiş irəliləyişi yüksək qiymətləndiririk. Cənubi Qafqazda sülhün möhkəmlənməsi gələcək iqtisadi artım və rifah üçün yeni imkanlar açacaq. Biz regionda sabitliyin təmin edilməsində Azərbaycanın strateji rolunu yüksək dəyərləndiririk. AZƏRTAC xəbər verir ki, bu sözləri Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Bakıda Latviya Respublikasının 107-ci ildönümü münasibətilə təşkil olunan rəsmi qəbulda söyləyib.