Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mahbubul Haq: Dezinformasiyanın yayılmasının qarşısını almaq üçün sıx əməkdaşlıq etməliyik

21.11.2025 [16:55]

Xəbərin mətni

Bu gün biz ənənəvi elektron mediadan deyil, artıq təkamül etmiş yeni mediadan - sosial şəbəkələrdən danışırıq. Sosial şəbəkələr ənənəvi medianın sərhədlərini aşaraq informasiyanın son dərəcə sürətlə yayılmasına imkan yaradır. Bu sözləri Banqladeşin Məlumat və Yayım Nazirliyinin baş katibi Noor Md. Mahbubul Haq D-8 Media Forumunun açılış mərasimində deyib.