Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakının marşrut avtobuslarında bir neçə qadın sürücü kimi fəaliyyətə başlayıb

24.11.2025 [17:14]

Xəbərin mətni

İctimai nəqliyyatda qadın sürücülərin sayını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yeni təlim proqramı həyata keçirilib. Proqram çərçivəsində qadın namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri biliklər və praktiki hazırlıq mərhələlərindən keçiblər. Artıq iki xanım sürücü bu gündən etibarən vəzifəsinin icrasına başlayıb. Yaxın günlərdə isə daha bir qadın sürücünün işə başlaması gözlənilir.