Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş Prokuror Kamran Əliyev Rumıniyanın Baş Prokuroru ilə görüşüb

25.11.2025 [12:58]

Xəbərin mətni

Rumıniyada rəsmi səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa ilə görüşüb. Görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.