Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb
25.11.2025 [15:36]
Xəbərin mətni
Ağdamdan yola salınan növbəti köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu gün Xanyurdu kəndinə 11 ailə - 38 nəfər köçürülüb.