AYNA yeni layihənin icrası üçün işlərə başlayıb
25.11.2025 [18:07]
Xəbərin mətni
Hazırda Yəhya Hüseynov küçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış kompleksindən paytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıt şosesindən istifadə etməklə, “Ekologiya postu”nun yaxınlığında yerləşən yol qovşağından geriyə dönərək hərəkət etmək məcburiyyətində qalırlar. Bu da 3 km-dən çox nəqliyyat yürüşünə, səyahət müddətinin artmasına və yol qovşağının əlavə yüklənməsinə gətirib çıxarır. Lakin, artıq vəziyyət dəyişəcək.