“Keşikçidağ”dakı tapıntılar Ankarada laborator şəraitdə analiz olunacaq
26.11.2025 [20:02]
Xəbərin mətni
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs və Muzeylər Baş İdarəsi Ankara Restavrasiya və Konservasiya Regional Laboratoriya Müdirliyinin kimya mühəndisi, bərpaçı Sinan Asılkaralanlı və laboratoriyanın Azərbaycan üzrə əlaqələndiricisi, uzman Nərmin Baştemur “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunda olublar.