Keçmiş məcburi köçkün: Şəhid qardaşımın ruhu şad oldu
27.11.2025 [11:20]
Xəbərin mətni
Bir şəhid bacısı kimi həm sevinirəm, həm də kədərlənirəm. Mənim qardaşım torpaq uğrunda canını fəda edib. Kaş qardaşım da o torpaqda mənim kimi yaşayardı. Sevinci bizimlə bölüşərdi. Sevinirəm ki, onun ruhu bu gün şad oldu. Bu sözləri Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən keçmiş məcburi köçkün Rəsmiyyə Kəlbəliyeva deyib.