Astarada kinkan yığımına başlanılıb: Qiymətlər bayram ərəfəsində arta bilər
27.11.2025 [13:17]
Xəbərin mətni
Bir neçə gündür Astaranın sitrus bağlarında kinkan yığımına başlanılıb. Rayonun sitrusçuluqla məşğul olan fermerləri və məhsul istehsalçıları bildirirlər ki, mövsümün əlverişli keçməsi kinkanın məhsuldarlığına müsbət təsir göstərib. Onların sözlərinə görə, bu il məhsuldarlıq ötən illə müqayisədə daha yüksəkdir.