Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kalmuratova: Dezinformasiya ilə mübarizə üçün sosial şəbəkələrin nümayəndəlikləri yaradılmalıdır

27.11.2025 [20:03]

Xəbərin mətni

Bu gün əsas problemlərdən biri dezinformasiyadır. Qırğızıstanda informasiya sahəsində dövlət orqanı bir şəxsin şərəf və ləyaqətini və ya hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən saxta məlumatlar yayan informasiya agentliyini iki ay müddətinə blok edə bilər. Lakin həmin şirkətlər Qırğız Respublikasının ərazisində qeydiyyata alınıbsa bu, mümkün olur. Bunu AZƏRTAC-a açıqlamasında Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratova deyib.