Keçmiş məcburi köçkün: 32 ildən sonra yenidən Məmmədbəyliyə qayıtmaq xoşbəxtlikdir
28.11.2025 [10:25]
Xəbərin mətni
Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Allaha şükür olsun ki, bu günləri görmək bizə nəsib oldu, bu, böyük xoşbəxtlikdir. Bu sözləri Zəngilan rayonunun Məmmədbəyli kəndinə geri qayıdan keçmiş məcburi köçkün Qasım Orucov söyləyib.