Əhməd İsmayılov: Media əməkdaşlığı TDT-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir
28.11.2025 [13:50]
Xəbərin mətni
Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın media inkişafına dair milli təşəbbüsləri ilə səsləşməklə ortaq tarix, dil və mədəni identikliyin birləşdirdiyi regionun aparıcı təşkilatlarından biri kimi mühüm rol oynayır. Təşkilat siyasi və iqtisadi sahələrlə yanaşı, informasiya və media kimi həyati əhəmiyyətli bir sahədə də əməkdaşlığı dərinləşdirməyə çalışır. AZƏRTAC xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov noyabrın 28-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında çıxışı zamanı deyib.