TDT-yə üzv ölkələrin media qurumları arasında sıx əməkdaşlıq formatları mövcuddur
28.11.2025 [13:53]
Xəbərin mətni
Bakıda keçirilən TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısının yekununda media sahəsi üzrə TDT və üzv dövlətlər üçün tədbirlər planı təsdiq olunub. Bununla yanaşı, üzv dövlətlər arasında Kommünike imzalanıb və ictimaiyyətə təqdim edilib. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.