KOBİA sədri: Sürətli texnoloji dəyişikliklər kadr hazırlığında yeni strategiyalar tələb edir
28.11.2025 [14:40]
Əmək bazarı ilə bizneslərin ehtiyacları arasında düzgün və proqnozlaşdırılan əlaqələrin təmin edilməsi hökumətlərin qarşısında duran mühüm çağırışlardan biridir. Sürətli texnoloji yeniliklərin və bazar dinamikasında gözlənilməz dəyişikliklərin baş verdiyi bir mühitdə bizneslərin çevik adaptasiya olması və inkişaf etməsi əhəmiyyətli dərəcədə onların malik olduğu işçi qüvvəsindən asılıdır. Bu baxımdan, kadrların peşəkar hazırlığı strategiyası təkcə işçilərin mövcud vəzifələrini yüksək səviyyədə yerinə yetirməsi üçün deyil, ümumilikdə iqtisadiyyatların gələcək çağırışlara hazır olması baxımından vacibdir. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda ilk dəfə keçirilən “Gələcəyin Peşələri Sammiti: Bakı-2025”də çıxış edərkən deyib.