Şəkidə sahibsiz itlər üçün sığınacaq yaradılacaq - müraciət olunub
28.11.2025 [17:42]
Xəbərin mətni
Şəhər mühitində sahibsiz heyvanların mövcudluğu illərdir ki, həm ictimai təhlükəsizlik, həm də heyvanların qorunması baxımından həssas və mübahisəli bir mövzu olaraq qalır. Qədim tarixi və füsunkar təbiəti ilə tanınan Şəki də bu problemdən kənarda deyil. Küçələrdə gəzən sahibsiz itlər bəzən sakinlərin narahatlığına səbəb olur. Hətta ötən günlərdə sahibsiz itlərin insanlara hücum etmələri də qeydə alınıb.