Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Tibb Universitetində Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib

28.11.2025 [22:28]

Xəbərin mətni

Noyabrın 28-də Azərbaycan Tibb Universitetində “Müxtəlifliyi yaşa, birliyə töhfə ver” şüarı altında Mədəniyyətlərarası Tələbə Festivalı keçirilib. Müxtəlif ölkələrdən olan tələbələrin bir araya gələrək, adət-ənənələrini və özünəməxsus bacarıqlarını paylaşdıqları festivalda fərqli mədəniyyətlər təqdim olunub. AZƏRTAC xəbər verir ki, festivalda Liviya, Fələstin, Sudan, Özbəkistan, Misir, Türkiyə, Pakistan, Belarus və Mərakeşin ölkəmizdəki səfirləri, eləcə də İraq və Kolumbiya səfirliklərinin nümayəndələri iştirak ediblər.