Azərbaycan Dövlət İnformasiya Agentliyi

Razı olmasaq gəlmərik - həftəsonu mövsüm yarmarkasından REPORTAJ

29.11.2025 [19:13]

Xəbərin mətni

Səhər saatlarından Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanındayıq. Burada Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə “Mövsüm yarmarkası” keçirilir. Noyabrın 28-dən başlayan həftəsonu yarmarkası şənbə günü də alıcı və satıcıların qızğın alış-verişinin getdiyi məkandır.