Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukraynalı ekspert: Florida danışıqları sülh planı yolunda əhəmiyyətli oldu

02.12.2025 [14:26]

Xəbərin mətni

Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi istiqamətində danışıqların intensivləşməsi atəşkəsin əldə edilməsinə ümidləri artırır. Ağ Evin Ukrayna və Rusiya nümayəndə heyətləri ilə sinxronlu şəkildə müzakirələr aparması öz nəticəsini verə bilər. Ukrayna Prezidenti Volodimir Zelenski Floridada Ukrayna və Amerika nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra sülh planının daha yaxşı göründüyünü açıqladı. Ukraynalı siyasi ekspert Oleksiy Buryaçenko isə AZƏRTAC-a açıqlamasında Florida danışıqlarını sülh planı yolunda əhəmiyyətli olduğunu söyləyib.