Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubda yeni sitrus – armudvari limon yetişdirilir

11.12.2025 [14:09]

Xəbərin mətni

Uzun illərdir cənub bölgəsində sitrusçuluqla məşğul olan təcrübəli bağban Zəbiəli Əliyev naringi portağal, limon kimi müxtəlif sitrus növləri yetişdirir. Lakin yetişdirdiyi sitrus meyvələri arasında ən çox maraq doğuran armudvari limondur. Bu limon qeyri-adi forması, xüsusi dad xüsusiyyətləri ilə seçilir və son illər bölgədə böyük marağa səbəb olub.