Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək
15.12.2025 [11:12]
Xəbərin mətni
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində “Qış nağılı” yarmarkası keçiriləcək. Şəhərin Zəfər meydanında təşkil ediləcək bayram yarmarkası dekabrın 27-dən yanvarın 5-dək davam edəcək. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçiriləcək yarmarkada, bir çox müəssisə və şirkətlər iştirak edəcək, həmçinin fərdi şəxslər tərəfindən də yarmarkaya məhsullar çıxarılacaq.