Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxı–Pirqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb

15.12.2025 [15:19]

Xəbərin mətni

Ötən gün yağan qar və gecə saatlarında müşahidə edilən şaxtalı hava şəraiti Şamaxı–Pirqulu–Dəmirçi avtomobil yolunda buzlaşmaya səbəb olub. Xüsusilə dağlıq relyefə malik ərazilərdə yolun sürüşkən olması sürücülər üçün təhlükə yaradıb.