Yusif Vəliyev: Gənclərin şəxsi inkişafına dəstək verməyə hazırıq
15.12.2025 [16:53]
Xəbərin mətni
Gənclər Fondunun məqsədi gənclərin ideyalarını və təşəbbüslərini dəstəkləməkdir. Məlumdur ki, əmək bazarında tələblər gündəlik olaraq dəyişir. Bu gün universiteti bitirib diplom almaq məsələnin elmi tərəfidir. Vacib olan isə karyera ilə bağlı vaxtında verilən düzgün qərarlardır. Bunu Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev Bakı Konqres Mərkəzində keçirilən “LevelUp” Karyera Forumunda çıxış edərkən deyib.