Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

16.12.2025 [10:37]

Xəbərin mətni

Doğma yurda qayıtmaq çox gözəldir. Bundan gözəl hiss ola bilməz. Mən oradan 4 yaşımda çıxmışam, indi isə 38 yaşım var. Bu torpaqlara yenidən qayıtmaq insan üçün sözlə ifadə olunmaz bir duyğudur. Bu sözləri Xocavənd rayonunun Sos kəndinə köç edən keçmiş məcburi köçkün İbrahim Nəcəfov deyib.