Sədaqət Qəhrəmanova: Erkən evliliyə məcburetməyə görə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur
16.12.2025 [14:52]
Nikah yaşına çatmayan şəxsin erkən evliliyə daxil olmağa məcbur edilməsi hallarında 3 min manatdan 4 min manatadək məbləğdə cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Eyni zamanda, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə məsuliyyət nəzərdə tutan yeni maddələr də qanunvericiliyə əlavə edilib. Bu hallara görə 2 min manatdan 3 min manatadək məbləğdə cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən olunub. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupunun fəaliyyətinə həsr olunmuş brifinqdə söyləyib.