Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub
16.12.2025 [18:35]
Xəbərin mətni
Bizim üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (ITUC) ailəsinin ayrılmaz hissəsi olması son dərəcə önəmlidir. AHİK-in ITUC-un və ümumilikdə qlobal həmkarlar ittifaqları hərəkatının müəyyən etdiyi prioritetlərin milli səviyyədə həyata keçirilməsində fəal iştirak etməsi bu əməkdaşlığın real nəticələr verdiyini göstərir. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində ITUC-un nümayəndəsi Anton Leppik deyib.