Azərbaycan Dövlət İnformasiya Agentliyi

AQTA sədri: Bakıda keçirilən mövsümi yarmarkalarda məhsulların keyfiyyətinə operativ nəzarət təmin edilir

17.12.2025 [16:05]

Xəbərin mətni

Ölkənin ərzaq təhlükəsizliyinin sistemli şəkildə təmin edilməsi mühüm strateji əhəmiyyət daşıyır. Belə ki, qida təhlükəsizliyi tələbləri yerinə yetirilmədən ərzaq məhsulları istehsalının və dövriyyəsinin təşkil olunması insan sağlamlığı risklərinə yol aça bilər. Bu baxımdan ərzaq məhsullarının istehsalı, emalı, daşınması, habelə topdan və pərakəndə satışı da daxil olmaqla istehlaka qədərki qida təhlükəsizliyi zənciri boyu ciddi izlənilmə tədbirləri həyata keçirilir. Bu istiqamətdə müxtəlif növ ərzaq məhsullarının satış yarmarkaları, sərgi və festivallarında təqdim edilən məhsullara baytarlıq-sanitariya və sanitariya-gigiyena nəzarəti ciddi şəkildə yerinə yetirilir. Bu məhsulların ilkin istehsalı və istehsal sahələri üzrə qida təhlükəsizliyi tələbləri müəyyənləşdirilərək sahibkarlara metodik kömək göstərilir, müasir beynəlxalq standartların tətbiqi istiqamətində işlər aparılır, əhali arasında isə maarifləndirici tədbirlər icra edilir. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Aqrar Biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxış edərkən deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI