Xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda yaxşı nəticələr qazanacağımıza inanıram
18.12.2025 [20:24]
Xəbərin mətni
Biz “Şahdağ”da ilboyu hazırlıq keçirik. Yayda dağlarda qaçırıq, velosiped sürürük, qışda isə xizəklə məşq edirik. Çox sevinirik ki, qış mövsümü başladı. Bu il Azərbaycan Qış İdmanı Növləri Federasiyasının dəstəyi ilə Avropada bir sıra beynəlxalq yarışlarda iştirak edəcəyik. Amma əsas yarışımız gələn ilin mart ayında Şahdağda olacaq. Xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna hazırlaşırıq. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Azərbaycanın xizək alpinizmi üzrə milli komandasının üzvü Nəzrin Qəribova söyləyib.