Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Şahdağ” Turizm Mərkəzindəki otellərdə bayram paketinin qiymətləri açıqlanıb

19.12.2025 [10:57]

Xəbərin mətni

Qarşıdan gələn bayram günləri ilə əlaqədar “Şahdağ” Turizm Mərkəzinin ərazisindəki otellər 3 günlük paketlər təklif edir. Bu paketlərin qiymətləri 1435–2200 manat arasındadır. Qiymətlər otel və təqdim edilən bayram proqramından asılı olaraq dəyişir. Bu barədə “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov məlumat verib.