Əhliman Əmiraslanov: Həkimləri Təkmilləşdirmə İnstitutunun hərtərəfli inkişafında və tanınmasında Əziz Əliyevin rolu son dərəcə böyük olub
19.12.2025 [14:58]
Xəbərin mətni
Həkimləri Təkmilləşdirmə İnstitutunun hərtərəfli inkişafında və tanınmasında Əziz Əliyevin rolu son dərəcə böyük olub. Onun bu instituta rəhbərlik etdiyi dövrdə institutun kadr potensialı əhəmiyyətli dərəcədə gücləndirilib, elmi və praktik fəaliyyət sahəsində mühüm nailiyyətlər əldə edilib. Ümumilikdə institut fəaliyyət göstərdiyi müddət ərzində olduqca böyük uğurlara imza atıb. Bunu Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) 90 illik yubileyinə həsr olunan Beynəlxalq Elmi-Praktik Konqresdə deputat, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.