Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dağların ətəyindəki mavi xəzinə

19.12.2025 [16:00]

Xəbərin mətni

Lənkəranda təbii gözəlliyi ilə seçilən Xanbulançay su anbarı, eyni zamanda, cənub bölgəsi üçün mühüm strateji əhəmiyyət daşıyan hidroqovşaqlardan biridir. Lənkəran və Astara rayonlarının əhalisini fasiləsiz içməli su ilə təmin edən bu nəhəng anbarda su ehtiyatının toplanmasına başlanılıb.