Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcraçı direktor: Qubadlı rayonunda modul tipli xəstəxananın quraşdırılması planlaşdırılır

19.12.2025 [17:12]

Xəbərin mətni

Tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır. Sözügedən fəaliyyət çərçivəsində istismara yararsız vəziyyətdə olan binaların yenidən qurulması, modul tipli tibb məntəqələrinin quraşdırılması, mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi üçün zəruri işlər görülür. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə deyib.