TƏBİB-in icraçı direktoru: 2 min 449 tibbi avadanlıq, cihaz və tibbi inventarlar alınıb
19.12.2025 [17:14]
Xəbərin mətni
2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya və digər tibbi avadanlıqlar üzrə təminat layihələri icra olunub. Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş 2 min 449 tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə deyib.