Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbul Universitetinin rektoru: Son illər Türkiyənin və Azərbaycanın tibb sahəsi uğurlu inkişaf yolu keçib

19.12.2025 [17:56]

Xəbərin mətni

Türkiyənin və Azərbaycanın tibb sahəsi son illər olduqca uğurlu inkişaf yolu keçib və birgə əməkdaşlıqla çox müsbət nəticələr əldə edilib. Məqsədimiz səhiyyə sahəsində yeni biliklərin əldə olunması, mövcud elmi nailiyyətlərin təkmilləşdirilməsi və bu biliklərin cəmiyyətin ehtiyaclarına uyğun şəkildə tətbiq edilməsidir. Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Türkiyənin İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar deyib.