Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qiymətlər müsbət mənada təəccübləndirir - “Kənddən Şəhərə” Yeni il yarmarkasından REPORTAJ

20.12.2025 [19:44]

Xəbərin mətni

Səhər saatlarından Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında olduq. Bugündən burada Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə sayca 8-ci “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidini satışa çıxarıb. Həftəsonu olmasına baxmayaraq, yarmarkada alıcı kifayət qədər idi.