Azərbaycan Dövlət İnformasiya Agentliyi

İcma sədri: Qərbi Azərbaycana qayıdış məsələsi il ərzində yerli və beynəlxalq platformalarda 9 dəfə qaldırılıb

22.12.2025 [15:03]

Xəbərin mətni

Üç il ərzində Qərbi Azərbaycan İcması olaraq bir çox mühüm uğurlara imza ata bildik. Xüsusilə qeyd etmək istəyirəm ki, son bir ildə Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdış məsələsini ardıcıl şəkildə gündəmdə saxlayıb. Bu proses dövlətimizin başçısının yanvarın 7-də Azərbaycanın yerli televiziya kanallarına verdiyi müsahibə ilə başlayıb və dekabrın 5-də Qərbi Azərbaycan İcmasının 3-cü beynəlxalq konfransına ünvanladığı müraciətlə davam edib. Bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Böyük yolun davamı” adlı konfransda çıxışı zamanı söyləyib.