Azərbaycanın xarici işlər naziri: Ermənistanla digər sahələrdə əməkdaşlıq üçün potensial var
26.12.2025 [20:14]
Xəbərin mətni
Bir müddət əvvəl Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsi prosesi sıfırdan yaradılıb və iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni bir nümunəsi kimi formalaşıb. Belə bir təşəbbüs Ermənistan tərəfindən başlayıb, Azərbaycan isə xoş niyyət göstərərək bu prosesin başlanmasına səbəb oldu. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.