Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirilib

30.12.2025 [12:57]

Xəbərin mətni

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Cəbrayıl şəhərində və Zəngilan rayonunun Ağalı kəndində sərgi-satış yarmarkası keçirilib. Yarmarka Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi xüsusi nümayəndəliyinin dəstəyi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə ərsəyə gəlib.