Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beş min manata satılmayan dəmir maral, yararsız avtomobil şinləri və şirə qablarından hazırlanan qeyri-adi fiqurlar

02.01.2026 [13:33]

Xəbərin mətni

On üç ildən çoxdur tullantılardan əl işləri hazırlayan siyəzənli mühəndis Cavid Yəhyayevin əl işlərinin videogörüntülərini sosial şəbəkələrdə yüz minlərlə insan izləyir. Görənlər onun qeyri-adi istedadını alqışlayır, hazırladığı əl işlərini təəccüblə qarşılayırlar.