Torpağın aqrokimyəvi analizi bol məhsul əldə etməyə imkan yaradır
06.01.2026 [14:16]
Xəbərin mətni
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Sabirabad Regional Mərkəzində fermerlərin torpaq analizlərini rahat və operativ şəkildə aparmaları üçün lazımi şərait yaradılıb. Əsas məqsəd əkinə başlamazdan əvvəl torpağın tərkibində olan qida elementlərinin miqdarını müəyyənləşdirmək və bununla da gələcəkdə bol və keyfiyyətli məhsul əldə olunmasına nail olmaqdır.