İsveçli xizəkçi Nikita Anner: “Şahdağ”da keçirilən yarış təcrübə baxımından çox vacibdir
08.01.2026 [17:50]
Xəbərin mətni
Bu, mənim Azərbaycana ilk səfərimdir. Mən müsbət mənada çox təəccübləndim. Burada insanlar, şərait, xizək yolları çox gözəldir. Yarışa gəldikdə, çətin idi. Sözün açığı, bu qədər dik xizək yamacı gözləmirdim. Amma mənim üçün yaxşı alındı. Turnirdəki ilk çıxışımda uğurlu yarışdım. İkinci yer mənim üçün yaxşı nəticədir. Bunu “Şahdağ” Turizm Mərkəzində keçirilən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ilk günündə gümüş medal qazanan isveçli idmançı Nikita Anner söyləyib.