Süni intellekt repetitor kimi fəaliyyət göstərə bilər
09.01.2026 [16:56]
Xəbərin mətni
Qazaxıstan təhsildə süni intellektə ciddi üstünlük verir. Bu ildən etibarən süni intellekt texnologiyalarının məktəblərdə və təhsil idarəetmə sistemində fəal şəkildə istifadəsinə başlanılacaq. 2026-2027-ci təhsil ilindən isə pilot bölgələrdə azkomplektli məktəblər üçün süni intellekt əsaslı repetitorların tətbiqini nəzərdə tutan layihə həyata keçiriləcək. Yəni, şagirdlərin hər hansı fənni mənimsəməsi üçün artıq repetitor yanına getməsinə ehtiyac qalmayacaq. Süni intellekt şagirdin müəllimi olacaq.