Ötən il Masallı Tarix-Diyarşünaslıq Muzeyinin fonduna 319 yeni eksponat daxil olub
12.01.2026 [14:44]
Xəbərin mətni
Masallı Tarix-Diyarşünaslıq Muzeyi rayonun dünənini və bu gününü özündə əks etdirən, zəngin maddi və qeyri-maddi mədəni irsini qoruyub saxlayan əsas mədəniyyət ocaqlarından biridir. Muzeyin fondunda hazırda 9 mindən çox eksponat mühafizə olunur və bu eksponatlar vasitəsilə ziyarətçilər eramızdan əvvəl IV minilliyə qədər uzanan tariximizlə yaxından tanış ola bilirlər.