“İçindən keçən gizli yol Xəzər dənizinin sahilinə çıxırdı...” - Bakıxanov qəsəbəsində yerləşən mağaranın sirli tarixi
13.01.2026 [16:52]
Xəbərin mətni
Azərbaycan bir çox qədim inancların, miflərin və dini ənənələrin qovuşduğu ölkədir. Buna görə də burada “mistik” adlandırılan çoxlu məkanlar mövcuddur. Belə yerlərdən biri də rəsmi ədəbiyyatda “Kühül dağı” kimi qeyd olunan ərazidəki mağaradır. Bakının mərkəzindən 10-12 kilometr məsafədə - Bakıxanov qəsəbəsinin ərazisində yerləşən mağaranın girişinin eni 5, hündürlüyü 13, 6 metrdir. Yazılı mənbələrə görə, iki otaqdan ibarət olan mağaranın ümumi sahəsi 255,7 kvadratmetrdir.