Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir sıra ərazilərdə kanalizasiya problemi həll edilir

13.01.2026 [18:51]

Xəbərin mətni

Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı suları üçün sutəmizləyici qurğuların tikintisi layihələri davam etdirilir. Ümumilikdə 12 yeni kollektorun tikintisi nəzərdə tutulub ki, Dərnəgül, Bakıxanov, Qaraçuxur, Hövsan kanalizasiya xətləri üzrə, həmçinin Pirşağı, Lökbatan, Müşfiqabad və Böyükşor istiqamətlərində işlərə artıq başlanılıb.