Naxçıvanın dağlıq ərazilərində qarın hündürlüyü yarım metrdən çoxdur
14.01.2026 [14:21]
Xəbərin mətni
Naxçıvan Muxtar Respublikasının bir sıra rayon və kəndlərinə hazırda qar yağır. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Parağaçay Qar Uçqunu Stansiyasında qarın hündürlüyü 23 santimetrdir. Dağlıq ərazilərdə, o cümlədən 3000 metr yüksəklikdə isə qar örtüyünün qalınlığı 56 santimetr təşkil edir.